Kitab Elxan muellim indd


Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri



Yüklə 20,65 Mb.
Pdf görüntüsü
səhifə38/120
tarix30.12.2021
ölçüsü20,65 Mb.
#24499
1   ...   34   35   36   37   38   39   40   41   ...   120
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
38
www.elkhan-suleymanov.az
münaqişənin  ədalətli  və  dinc  yolla  nizamlanmasının  əsas 
prinsiplərini müəyyən edir. Bunlar dövlətlərin ərazi bütövlüyü 
və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı 
prinsipləridir;
-  yeddincisi, İKT Ermənistanın hər hansı bir qanunsuz iqti-
sadi  fəaliyyətinə  və Azərbaycanın  işğal  olunmuş  ərazilərində 
təbii  resursların  istismarına  və  İslam  abidələri  daxil  olmaqla, 
Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılması prakti-
kasına son qoyulması zərurətini qeyd edir;
-    səkkizincisi,  İKT  yuxarıda  qeyd  olunan  məqsədin  həyata 
keçirilməsi  üçün  təşkilata  üzv  olan  ölkələr  tərəfindən 
əlaqələndirici  addımların  atılmasına  dair  qərar  qəbul  etmiş-
dir.  Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  İKT  öz  qərarlarında 
Azərbaycan xalqı ilə digər beynəlxalq təşkilatlar çərçivəsində 
də  öz  həmrəyliyini  göstərmək  zərurətini  qeyd  edir.  Belə  ki, 
İKT-nın  XI  sammitinin  kommünikesinin  61-ci  bəndində  qeyd 
olunur ki, İKT Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş BMT 
Baş Assambleyasının “Azərbaycanın işğal olunmuş ərazilərində 
vəziyyət”  adlı  layihəsinə  öz  dəstəyinin  gücləndirilməsi 
zərurətinə razılığını ifadə etmişdir. 
Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, İKT qərarlarında 
və  qətnamələrində  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ 
münaqişəsinə ədalətli beynəlxalq-hüquqi qiymət verilir və bu 
münaqişənin  nizamlanmasının  beynəlxalq-hüquqi  əsasları 
müəyyən edilir.

Yüklə 20,65 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin