Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 37
www.elkhan-suleymanov.az sını tələb edir və bununla yanaşı həm də Ermənistanın silahlı
qüvvələrinin bütün işğal olunmuş Azərbaycan torpaqlarından
dərhal, tam və şərtsiz çıxarılmasını tələb edir;
- üçüncüsü, İKT Ermənistanı təcavüzkar kimi tanıyaraq, BMT-
nin Təhlükəsizlik Surasına Azərbaycana qarşı təcavüzün baş
verməsi faktının tanınması və BMT-nin Nizamnaməsinin VII
fəslinə uyğun olaraq BMT Təhlükəsizlik Surası tərəfindən özü-
nün əvvəllər qəbul etdiyi qərarlarının təmin edilməsi məqsədilə
müvafiq addımların atılması üçün müraciət etdi. Ermənistan
tərəfindən müasir beynəlxalq hüquq norma və prinsiplərinin
pozulması bu dövlətin beynəlxalq-hüquqi məsuliyyətini ya-
radır. Bu halda həmin dövlətə qarşı BMT-nin Nizamnaməsinə
uyğun olaraq BMT Təhlükəsizlik Surası tərəfindən beynəlxalq-
hüquqi məcburetmə tədbirləri sisteminin tətbiq edilməsi tam
hüquqauyğundur;
- dördüncüsü, İKT tərəfindən Ermənistanın təcavüzkar dövlət
kimi tanınması o demək idi ki, Ermənistan Respublikası birbaşa
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin iştirak-
çısıdır. Bu fakt sonradan 2 dekabr 2008-ci ildə imzalanmış Mosk-
va Bəyannaməsində öz əksini tapmışdır. Bu faktın beynəlxalq-
hüquqi sənədlərdə əks olunmasının böyük əhəmiyyətı var. Belə
ki, bu faktın etiraf edilməsi, guya ki, münaqişənin Azərbaycan
və “Dağlıq Qarabağ”, mərkəz və əyalət arasında baş verməsinə
dair erməni tərəfinin konsepsiyasının əsassız olmasını bir daha
sübut edir;
- beşincisi, İKT Ermənistanın silahlı qüvvələri tərəfindən
işğal olunmuş ərazisində Azərbaycan əhalisinə qarşı edil-
miş hərəkətləri insanlığa qarşı törədilmiş cinayətlər kimi
qiymətləndirir. Bu fakt işğal olunmuş Azərbaycan ərazisində
azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərdə, o cümlədən
Xocalıda mülki əhaliyə qarşı soyqırımın həyata keçirilməsində
əli olan Ermənistanın rəsmi və vəzifəli şəxslərinin məsuliyyətə
cəlb edilməsinin zərurətinə dair məsələnin qoyuluşu haqqında
hüquqi əsaslar verir;
- altıncısı, İKT Ermənistan və Azərbaycan arasında