Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 60
www.elkhan-suleymanov.az onlar qısa bir müddət ərzində məcburi köçkünlərə çevrilmişlər.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərinin
işğalı zamanı minlərlə insan əsir və girov götürülmüş və ya it-
kin düşmüşdür. Məlum olduğu kimi, girovlar və hərbi əsirlər
beynəlxalq humanitar hüququn müdafiəsi altında olan şəxslər
kateqoriyasına aid edilirlər. Beynəlxalq humanitar hüquq bu ka-
teqoriyadan olan insanlara qarşı repressiv zorakılıq üsullarının
tətbiqini qadağan edir, girovların və əsirlərin təhlükəsizliyinin
təmin olunmasını tələb edir. Azərbaycan Respublikasının Əsir,
İtkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının məlumatlarına görə müharibə qurbanı olan mül-
ki əhali və hərbi əsirlər arasında qeyri-insani rəftara, müxtəlif
zorakılıq növlərinə, fiziki və mənəvi işgəncələrə, qətllərə, tibbi
eksperimentlərə məruz qalanlar olmuşdur. Girovlar və hərbi
əsirlər işgəncə verilməklə öldürülür, yaxud dözülməz şəraitdə
saxlanma nəticəsində həlak olur, əsirlikdən azad edilənlər isə
ömürlük əlilə çevrilirlər. Əsir, İtkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 yanvar 2011-ci
il tarixinə olan məlumatlarına əsasən, əsir, itkin düşmüş və gi-
rov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlar-
dan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxsdir, 5 nəfərin hərbçi
və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri
itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaş-
lı qız), 247 nəfər qadın, 347 nəfər yaşlı şəxsdir (149 nəfər qa-
dın). İndiyədək əsir və girovluqdan 1399 nəfər azad edilmişdir.
Onlardan 343 nəfəri qadın, 1056 nəfəri kişidir. Eyni zamanda,
onlardan 170 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfəri yaşlı
şəxsdir (112 nəfər yaşlı qadın). Bundan əlavə, Dövlət Komissi-
yasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir
və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat
etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfər qadın, 448 nəfər
kişidir, 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum
şəxslərdir [52].
Qeyd edilənlərlə yanaşı, Ermənistan işğal etdiyi ərazilərdə
azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş