Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 61
www.elkhan-suleymanov.az və bu əraziləri monoetnik zonaya çevirmişdir. İşğal edilmiş
ərazilərdən yerli azərbaycanlı əhali çıxarılaraq məcburi köçkünə
çevrilmişlər. Azərbaycanın keçmiş DQMV işğal edildikdən son-
ra azərbaycanlı əhali zorla öz vətənlərindən qovulmuş, bundan
sonra isə eyni hadisələr Azərbaycanın digər 7 rayonunda da
təkrarlanmışdır. Belə ki, Ermənistan tərəfindən işğal edilmiş
Laçın rayonundan 71000, Kəlbəcər rayonundan 74000, Ağdam
rayonundan 165600, Füzuli rayonundan 146000, Cəbrayıl rayo-
nundan 66000, Qubadlı rayonundan 37900, Zəngilan rayonun-
dan isə 39500 nəfər Azərbaycan vətəndaşı məcburi köçkünə
çevrilmişdir. Ümumiyyətlə, Ermənmistanın silahlı təcavüzü və
etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın işğal edil-
miş (DQMV və ətraf 7 rayon) ərazilərindən 660000-dən artıq
dinc əhali məcburi köçkün olmuşdur. Bundan əlavə, 100000-
dən artıq Azərbaycan vətəndaşı Ermənistanla həmsərhəd və
işğal xətti ilə təmasda olan ərazilərdən ölkənin digər ərazilərinə
pənah gətirmişlər. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz
kimi, 1988-ci ilin sonu və 1989-cu ilin əvvəllərində, indiki
Ermənistan Respublikasının ərazisindən 250 mindən artıq et-
nik azərbaycanlı deportasiya edildi və onlar qaçqın qismində
Azərbaycanda məskunlaşdılar. Beləliklə, indiki Ermənistandan
azərbaycanlıların deportasiyası, Azərbaycanın 20% ərazisinin iş-
ğalı və işğal edilmiş ərazilərdə həyata keçirdiyi etnik təmizləmə
siyasəti nəticəsində minlərlə insan öldürülmüş, müxtəlif
dərəcəli xəsarət almış, əsir götürülmüş və itkin düşmüş, dinc
əhali ağır psixoloji və mənəvi gərginlik keçirmiş, 1 milyondan
artıq azərbaycanlı öz tarixi vətənlərindən, evlərindən didərgin
salınaraq, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Həmin kateqoriyaya aid olan insanlar Azərbaycanın 62 şəhər
və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində
müvəqqəti məskunlaşmışlar.
Bundan əlavə, Ermənistanın işğal etdiyi rayonlardan olan
əhalinin yaşayış şəraiti pisləşdiyinə görə onların arasında təbii
artım kəskin surətdə aşağı düşmüş, uşaq ölümü artmışdır. İş-
ğal olunmuş rayonların hamısında 1989-1998-ci illər arasında-