Kitab Elxan muellim indd


Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri



Yüklə 20,65 Mb.
Pdf görüntüsü
səhifə74/120
tarix30.12.2021
ölçüsü20,65 Mb.
#24499
1   ...   70   71   72   73   74   75   76   77   ...   120
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
72
www.elkhan-suleymanov.az
İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, 
yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə 
fərqlənir. Bu mineral sular həm xarici, həm də daxili xəstəliklər 
üçün müalicəvi xüsusiyyətlərə malikdir. Odur ki, İstisu bulağı 
üstündə 80-ci illərdə iri kurort və mineral su doldurma zavodu 
tikilmişdi. Həmin zavod sutka ərzində 800 min litr su istehsal 
edirdi. Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşən Turşsu 
mineral  bulağı  vasitəsi  ilə  müxtəlif  daxili  xəstəliklər  müalicə 
olunur.  Turşsu  mineral  bulağından  kəmər  vasitəsi  ilə  Şuşa 
şəhərinə su verilirdi. Ümumiyyətlə, Azərbaycanın mineral su-
larının ümumi geoloji ehtiyatlarının 39,6%-i  hazırda işğal altın-
da olan rayonların payına düşürdü. 
Qeyd  etmək  lazımdır  ki,  Ermənistanın  silahlı  təcavüzü 
nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinə yaxın olan 
rayonlarının  su  təminatı  və  suvarma  sistemi  pozulub,  bu  isə 
torpağın və bitki qatının vəziyyətinə mənfi təsir göstərir. Quraq 
region hesab edilən Azərbaycan üçün suvarma əkinçiliyinin in-
kişafı, şəhər və kəndlərin su ilə təchizatı həyati məsələlərdən 
biridir. Bu baxımdan Azərbaycanın su ehtiyatlarının formalaş-
masında sıx çay şəbəkəsinə malik olan və hazırda Ermənistanın 
işğalı  altında  qalmış  Kiçik  Qafqaz  dağlarının  da  əhəmiyyəti 
əvəzedilməzdir.  Bu  dağlardan  öz  mənbəyini  götürən  bütün 
çaylar,  xüsusilə  Kürün  sağ  qolları  olan  Tərtər,  Həkəri,  Xaçın-
çay, Köndələnçay və başqaları özləri ilə düzən ərazilərə bol su 
gətirirlər, onların bəzilərinin üzərində süni göllər və suvarma 
kanalları yaradılmışdır. Belə ki, 1976-cı ildə Tərtər çayı üzərində 
inşa edilmiş, bəndinin hündürlüyü 125 m və ümumi su tutu-
mu 560 milyon m
3
 olan Sərsəng su anbarı da Ermənistanın iş-
ğalı altında qalmış ərazilərdə yerləşir. Ermənistanın işğalından 
əvvəl Sərsəng su anbarından öz başlanğıcını götürən magistral 
kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 
Tərtər, Ağdam, Bərdə, Goranboy və digər rayonları ərazilərində 
79000  ha  əkin  sahəsi  suvarılırdı.  Hazırda Azərbaycanın  7  ra-
yonu  Sərsəng  su  anbarından  istifadə  etmək  imkanlarından 
məhrum  edilmişdir.  Uzun  müddət  ərzində  texniki  qurğulara 


Xocalı soyqırımının qurbanları. Fevral 1992


Xocalı soyqırımının qurbanları. Fevral 1992


Xocalı soyqırımının qurbanları. Fevral 1992


Xocalı soyqırımının qurbanları. Fevral 1992



Yüklə 20,65 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin