Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
74
www.elkhan-suleymanov.az
pozulması deməkdir.
Qeyd etmək lazımdır ki, Qazax rayonunun Aşağı Əkipara,
Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış
məntəqələrinin dağıdılması və işğal olunması nəticəsində Ağs-
tafa çayı üzərində sərhəddə yaradılmış və Azərbaycanın qərb
rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da
təhlükə yaranmışdır. Belə ki, su tutumu 120 milyon m
3
olan
Ağstafa su anbarından başlayan və uzunluğu 72,3 km olan su-
varma kanalı Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayon-
larının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə
təmin edir.
Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları da
Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qalmışdır. Belə
ki, bu ərazilərdə 155 növ faydalı qazıntı yataqları, o cümlədən
5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mi-
şar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1
soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil,
9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1
obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm,
oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su
yatağı yerləşir ki, bütün bunlar da Azərbaycanın iqtisadi po-
tensialında mühüm əhəmiyyət kəsb edirdi. Qeyd edilən faydalı
qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq,
Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağ-
çay, Xankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun,
Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı istisu,
Aşağı istisu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Ho-
çaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacı-
lı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan,
Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minba-
şılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı,
Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Ço-
bandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay
və digər yataqlarda aşkar edilmişlər. Bu yataqlarda sənaye eh-
tiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun,
|