Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 82
www.elkhan-suleymanov.az DQMV-də mərmər zavodu tikilmişdir. İşğal nəticəsində yeni
tikintilər üçün gətirilmiş bütün bu maddi-texniki baza məhv
edilmiş və nəzərdə tutulan layihələr həyata keçirilməmişdir.
Bundan əlavə, Azərbaycanın cəbhəyanı və Ermənistan ilə
sərhədyanı rayonlarına da külli miqdarda birbaşa zərər vurul-
muşdur. Belə ki, Ermənistan ilə həmsərhəd olan rayonların bir
çox məntəqələri tamamilə dağıdılmış, dinc əhali isə öz doğma
yurdlarını tərk etməyə məcbur olmuş, bu rayonlarda olan sosi-
al-iqtisadi, mədəniyyət müəsisələri, sənaye və kənd təsərrüfatı
obyektləri məhv edilmişdir. Ümumiyyətlə, Ermənistanın silahlı
təcavüzü nəticəsində Azərbaycanın Naxçıvan Muxtar Respub-
likasına, Ağstafa, Ağcabədi, Qazax, Tovuz, Gədəbəy, Tərtər,
Beyləqan rayonlarına külli miqdarda zərər vurulmuşdur.
Ümumiliklə, Ermənistanın silahlı təcavüzü nəticəsində iş-
ğal edilmiş Azərbaycan ərazilərində 900-dən artıq yaşayış
məntəqəsi (şəhər, qəsəbə, kənd və s.), ümumi sahəsi 9,1 mln
m
2
olan 150 minə yaxın yaşayış evi və mənzil, 4366 sosial-
mədəni təyinatlı obyekt, 7000 ictimai bina, 2389 sənaye və kənd
təsərrüfatı obyekti, 1025 məktəb, 855 uşaq bağçası, 4 sanatoriya-
müalicə kompleksi, 798 səhiyyə müəssisəsi, o cümlədən
695 xəstəxana və digər tibb müəssisəsi, 927 kitabxana, 1510
mədəniyyət müəssisəsi, 598 rabitə obyekti dağıdılaraq məhv
edilmişdir. Bundan əlavə, 5198 km avtomobil yolu, 348 körpü,
286 km dəmir yolu xətti, 116 dəmir yolu körpüsü, 224 su anbarı,
7568 km su xətti, 2000 km qaz kəməri xətti, 76940 km elektrik
xətti dağıdılmışdır.
Göründüyü kimi, Ermənistanın silahlı təcavüzü nəticəsində
bölgədə fövqəladə humanitar vəziyyətin yaranması,
Azərbaycan xalqının tarixi milli mədəniyyət abidələrinə, re-
gionun təbii sərvətlərinə və ekoloji durumuna bərpa edilməsi
mümkün olmayan dərəcədə dəymiş ziyanlarla bərabər, ölkəyə
külli miqdarda sosial-iqtisadi zərər vurulmuşdur.