Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 79
www.elkhan-suleymanov.az görə Dağlıq Qarabağ münaqişəsindən əvvəl Azərbaycan Res-
publikası üzrə xüsusi çəkisi belə olmuşdur: divar materialları -
11,0%, tikinti əhəngi - 7,8%, tikinti materialları - 3,0%, ayaqqabı
- 11,0 %, ət - 5,0%, konservlər - 6,9 %, inək yağı - 25,2%, şərab
materialları - 35%, xam ipək - 13,5%, yun - 19.3%, mineral su
- 15% və s. Həmin rayonlarda İstisu və Turşsu mineral su qab-
laşdırma müəssisələri, Dağlıq Qarabağ və Ağdamdakı mərmər,
mişar daşı zavodları, çoxlu keyfiyyətli və hətta keçmiş SSRİ-də
məşhur olan “Ağdam” tipli şərablar və digərlərini istehsal edən
şərab zavodları, yağ-pendir müəssisələri, toxuculuq və ayaqqa-
bı fabrikləri, Qarabağ İpək Kombinatı və s. fəaliyyət göstərirdi.
Bakıdakı müəssisələrinin 50-dən çox yeni filialı işğal olunmuş
ərazilərdə qalmışdır. Ümumiyyətlə, bu regionda 310-dan çox
sənaye və tikinti obyektləri, o cümlədən 183-dən çox sənaye və
127 tikinti müəssisələri qalmışdır.
Bununla yanaşı, regionda güclü kommunikasiya xətləri
və obyektləri yaradılmışdı. Ermənistanın hərbi təcavüzü
nəticəsində ümumi uzunluğu 25 min km olan avtomobil və tor-
paq yolları, ümumi uzunluğu 3984 metr olan 160 ədəd körpü,
14,5 min km uzunluğunda elektrik xətləri, 2500 ədəd transfor-
mator, 2,3 min km su kəməri xətti, 2,0 min km qaz kəməri, ümu-
mi uzunluğu 240 km olan kanalizasiya xətti, 160 ədəd su tutar,
34 ədəddən çox qaz paylayıcı qurğu, 35 min saylıq telefon stan-
siyası və s. dağıdılmışdır. Eyni zamanda 4 aeroport, Bakı-Ağ-
dam və Horadiz-Ordubad dəmiryolu xətləri, Bakı-Xankəndi-
Naxçıvan qaz kəməri və s. işğal olunmuş ərazilərdə qalmışdır.
Qeyd etmək lazımdır ki, Ermənistanın işğalı altında olan
ərazilər Azərbaycanın iri kənd təsərrüfatı regionu idi. Əlverişli
dağarası və dağətəyi düzənlikləri və hamar səthli yaylaqları olan,
yaxşı rütubətlənən Kiçik Qafqazın işğal olunmuş hissəsi ölkədə
kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin inki-
şafına geniş imkanlar yaradırdı. Kənd təsərrüfatının tərkibində
taxılçılıq, yem istehsalı, üzümçülük, tütünçülük, kartofçuluq,
pambıqçılıq, heyvandarlıq və xüsusilə qoyunçuluq daha üstün
yer tuturdu.