Mətanət Əliyeva (I müalicə işi
fakültəsinin V kurs tələbəsi):
- 49 bal topladım. Düzü 40-dan
yuxarı fikirləşmşdim. O biri imta-
hanlara da hazıram.
Tələbə Aygül Nabalıyeva da
sevinclidir.
Yaxşı hazırlaşdığı
üçün ona düşən suallara cavab
verməyin çətin olmadığını dilə
gətirdi.
İmtahan vermək üçün gözləyən
tələbələr bir-birlərini sual-ca-
vab edirdilər. Sanki elmi yarışa
girişmişdilər. İmtahan növbələrini
gözləyən II müalicə-profilaktika
fakültəsinin IV kurs tələbələri
Günel Quliyeva və Füzuli Na-
mazov həyəcanlı olduqlarını dilə
gətirsələr də bildirdilər ki, imtaha-
nı verə biləcəklərinə ümidlidirlər.
Dostları ilə paylaş: |