“Tələbələrimiz özlərinin
elmi
potensiallarına
güvənirlər...”
- Bəs tələbələrin imtahanla
bağlı hansısa bir şikayəti olurmu?
- Universitetimizdə tələbələrin
şikayətlərinə baxılması üçün
apellyasiya komissiyası fəaliyyət
göstərir. Komissiyanın sədri
tədris işləri üzrə prorektor, pro-
fessor Sabir Əliyevdir. Tələbələr
imtahanla bağlı hansısa şikayətini
apellyasiya komissiyasına edə
bilər.
Biz tələbənin ona düşən sualın
cavabı ilə razılaşmayaraq apell-
yasiya şikayəti etdiyi halına rast
gəlmişik. Bəzən araşdırma za-
manı tələbənin haqlı olduğu bəlli
olub. Bu zaman onun düzgün he-
sab etdiyi cavabın balı topladığı
balın üzərinə hesablanıb.
Bu gün iki tələbə onlara
düşən sualların cavabı ilə bağ-
lı razılaşmayaraq apellyasiya
şikayəti verib. Onların haqlı
olub-olmadıqlarını
komissiya
müəyyənləşdirəcək.
Tələbələrin bu istiqamətdə
atdığı addımı isə müsbət
dəyərləndirir və hesab edirəm
ki, onlar öz biliklərinə güvənir,
elmi müzakirələr aparmaq üçün
özlərinə inanırlar.
Dostları ilə paylaş: |