A.MIRIYEV,
ATU-nun Azərbaycan dili kafedrasının müdiri,
dosent
Həkim həmkarımızın
maraqlı dilçilik tədqiqatı
Azərbaycanca Vikipediyada «Əhliman Əmiraslanov» adlı
məqalə “Yaxşı məqalə” statusu almışdır
u
Azərbaycan Tibb Universitetində Ulu öndər Heydər Əliyevin ana-
dan olmasının 92-ci ildönümünə həsr olunmuş Azərbaycan-Türkiyə diş
həkimləri simpoziumu keçirildi. Azərbaycan Tibb Universitetinin dəstəyi
ilə baş tutan tədbirdə hər iki ölkənin mütəxəssisləri, gənc həkimlər və
rezidentlər iştirak ediblər.
Simpoziumun açılışında ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov
ulu öndər Heydər Əliyevin tibb elminə və təhsilə xüsusi önəm verdiyini qeyd
edərək, bu cür beynəlxalq elmi simpoziumların ATU-da keçirilməsini qürur-
verici fakt kimi qiymətləndirdi. Rektor qeyd etdi ki, tədbirdə ağız və üz-çənə
cərrahiyyəsi, diş həkimliyinin bütün sahələrinin mütəxəssisləri, Türkiyə və
Azərbaycandan dəvət edilmiş professor və ixtisaslaşmış mütəxəssis heyəti
iştirak edir. Ə.Əmiraslanov bildirdi ki, simpoziumda səslənəcək məruzələr
iştrakçıların gələcək elmi və təcrübi işlərini istiqamətləndirəcək, həmçinin
ölkəmizdə diş həkimliyinin inkşafına müsbət təsir göstərəcək. Əhliman
Əmiraslanov həmçinin ATU-nun Türkiyənin bir çox univesitetləri ilə sıx
əlaqələrinin mövcudluğundan da söz açdı.
Daha sonra isə Türkiyənin İstanbul Kəmər Burqaz Universitetinin profes-
soru Nejat Bora Sayan çıxış edərək Azərbaycanda olduğu üçün özünü çox
xoşbəxt hiss etdiyini dedi: “Çünki bizlər qardaş ölkəyik. Bütün seminar işti-
rakçılarına uğurlar diləyirəm”.
Qeyd edək ki, seminarda Türkiyənin İstanbul, Okan, Marmara
Universitetlərindən çoxsaylı professorlar iştirak ediblər.
Dostları ilə paylaş: |