sasca həkim olan görkəmli şəxsiyyətlərin adlarına tez-
tez rast gəlinir. Bu baxımdan yazıçı N.Nərimanovun,
şair A.Səhhətin, yazıçı-publisist T.Ş.Simurqun adlarını
xatırlamaq kifayətdir. Bu ənənə çağdaş dövrümüzdə də
davam etməkdədir. Məncə, şair, nasir, publisist kimi ta-
nınan görkəmli oftalmoloq, professor Paşa Qəlbinurun
yaradıcılığı ilə ötəri tanışlıq dediyimizi təsdiq edə bilər.
Bu yazıda haqqında danışacağım araşdırmanın müəllifi
isə xatırlatdıqlarımdan fərqli olaraq, əsl dilçi-üslubiy-
yatçı mövqeyindən yanaşaraq ümummilli liderimiz
Heydər Əliyevin zəngin nitqləri üzərində çalışmış, ağır
zəhmət və böyük rəhbərə sonsuz sevgi ilə çox maraqlı
bir dilçilik əsəri ortaya qoymuşdur.
Tibb üzrə fəlsəfə doktoru, dosent Nağdəli Tapdıq
oğlu Zamanovun “Heydər Əliyev və Azərbaycan
nitq mədəniyyəti” adlı ikicildlik monoqrafiyası
Ümummilli liderimizin zəngin leksikası, rəngarəng
üslubi vasitələri, cəlbedici ekspressivliyi və ən çox
da yüksək nitq mədəniyyəti ilə seçilən çıxışları,
məruzələri, söhbətləri, müsahibələri haqqında yazıl-
mış ən mükəmməl və hərtərəfli dilçilik tədqiqatıdır.
Nağdəli müəllimin əsərinin 1-ci cildi 2013-cü ildə,
2-ci cildi isə 2014-cü ildə çap olunub (N.T.Zamanov.
H.Əliyev və Azərbaycan nitq mədəniyyəti. “Elm və
təhsil” nəşr; I c., 2013, 480 səh.; II c., 2014, 496 səh.)
Bu monoqrafiyanın 1-ci cildi haqqında kifayət qədər
müsbət rəy deyilib, müəllifin zəhmətinə yüksək
qiymət verilib. Mən 2-ci cildin bəzi məziyyətləri haq-
qında bir neçə söz deməyi özümə borc bildim.
Əvvəl dediyim kimi, Nağdəli müəllim ağır,
mürəkkəb, həm də günümüz üçün vacib və şərəfli
bir işi öhdəsinə götürüb və sözsüz, uğurla da başa
çatdırıb. Tədqiqatın 2-ci cildi 11 fəsildən ibarətdir.
Kitaba AMEA-nın müxbir üzvü, professor N.Cəfərov
ön söz yazıb. Birinci cilddən fərqli olaraq, bu cilddə
müəllif tədqiqatını dilimizin leksik vahidlərinin və bəzi
sintaktik formalarının dahi rəhbərin nitqindəki üslubi
xüsusiyyətlərini üzə çıxarmaq istiqamətində qurur.
Birinci fəsil “H.Əliyev nitqində əsas nitq hissələri”
adlanır. Burada müəllif say, əvəzlik, feil və zərflərin
üslubi vəzifəsini müəyyənləşdirməyə səy edir və
doğrudan da, maraqlı nəticələrə gəlir. Məsələn,
“öz” əvəzliyinə aid olan hissədə müəllif yazır: “Öz
təyin əvəzliyindən Heydər Əliyev məsələlərə fəlsəfi
tərəfdən yanaşdıqda tez-tez istifadə edir” (səh.58).
Buna sübut üçün H.Əliyev nitqindən belə bir nümunə
verir: “İnsan müstəqildir, insan azaddır. İnsanı heç
bir şeyə vadar etmək lazım deyil. Xüsusən, məcbur
etmək də lazım deyil. İnsan gərək hər şeyi özü
istədiyi kimi etsin, öz istədiyinə görə etsin və özü-
nün mənəviyyatına uyğun etsin. Hərə özü öz tarixini
təhlil etməlidir, hərə özü öz işinə qiymət verməlidir”
(səh.58). Göründüyü kimi, müəllif öz mülahizəsində
nə qədər haqlıdır; müxtəlif hal şəkilçiləri ilə
təkrarlanan “öz” əvəzliyi güclü psixoloji – ekspres-
sivlik yaradır, insana məsuliyyət hissi təlqin edir.
“H.Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoq-
rafiyasının ikinci cildinin bütün fəsilləri belə nəzəri
mülahizələr və tutarlı nümunələrə söykənən əməli
nəticələrlə yadda qalır. (Başqa yazımızda bu fəsildən
daha geniş bəhs etmişik).
Kitabın V fəslini müəllif “Heydər Əliyevin nitqində
əlavələr” adlandırmışdır. Sintaktik termin kimi
“əlavə”nin izahını verən Nağdəli müəllim bu sintaktik
vahidin mətnə - cümləyə bir anlaşıqlıq, bir təlqinetmə,
nəhayət, güclü ekspressivlik verdiyini önə çəkir,
ümummilli liderin nitqlərindəki maraqlı nümunələri
şərh edir. VI fəsildə rəhbərin nitqində təkrarlardan
istifadənin üslubi özünəməxsusluqlarından danışılır.
Təkrarın dildəki ən əlamətdar vəzifəsi deyilən fik-
rin dəqiqləşdirilməsi, yaddaşlara hopdurulmasıdır-
sa, onun nitqə pafos, təntənə, intonasiya zənginliyi
gətirməsi də nəzərə alınmalıdır. Bu cəhətlərinə görə
ulu öndər təkrarlara tez-tez müraciət edir. Nağdəli
müəllim bu bölmədə də elə maraqlı, hələ də yaddaş-
lardan silinməyən nitq parçalarını xatırladır ki, onun
müşahidəsinə qibtə etməyə bilmirsən. 1993-cü ildə
Ali Sovetin sədri kimi ilk çıxışında “vəd edirəm?”,
təkrar edirəm ki, mən heç bir vəd vermirəm. Yalnız
bir şeyi vəd edə bilərəm” kimi ifadələrin işləndiyi
mətninin verilməsi necə də yerinə düşür: “Ali Sove-
tin sədri seçiləndə də məndən soruşdular ki, nə vəd
edirəm? Cavab verdim ki, mən peyğəmbər deyiləm.
Azərbaycanın bu vəziyyətdən necə çıxacağını
deyə bilmərəm. Ancaq mən bu vəzifəni öz üzərimə
götürürəmsə, deməli, Azərbaycanı bu vəziyyətdən
çıxarmağın yollarını arayıb-axtarmağı bacaracam.
İndi də təkrar edirəm ki, mən heç bir vəd vermirəm.
Yalnız bir şeyi vəd edə bilərəm: ...ömrümün bun-
dan sonrakı illərini xalqıma bəxş edirəm” (səh.357).
Məncə, bu mətn siyasi-ictimai nitqdə təkrara aid ən
maraqlı nümunədir.
Dosent N.T.Zamanov böyük natiqin nitqlərini
çox geniş spektrdə araşdırmağı qarşıya məqsəd
qoymuşdur. Ona görə də biz bu tədqiqatda dilimi-
zin üslubi imkanları ilə bağlı bütün vasitələrə diqqət
yetirməyə çalışdığının şahidi oluruq. Məsələn, funk-
sional üslubiyyatda o qədər də geniş öyrənilməyə
lüzum görülməyən ritorik suallar, mürəkkəb
cümlələr, neologizmlər, antroponimik sıralanmalar,
müqayisələr kimi dil faktları da tədqiqata cəlb olunur.
“H.Əliyevin nitqində antroponimik sıralanmalar” ad-
lanan fəsildə tədqiqatçı böyük natiqin nitqindən elə
maraqlı nümunələr gətirir ki, həm ulu öndərin dərin
və əhatəli biliyinə, ecazkar yaddaşına bir daha hey-
ran qalırsan, həm də Nağdəli müəllimin bunu alim
təxəyyülü ilə duyub araşdırmaya cəlb etməsinə haqq
qazandırırsan. Fikrimizin daha da əsaslandırılması
üçün həmin fəsildən bir parçanı kiçik ixtisarla
nümunə gətirirəm: “H.Əliyevin nitqində antroponimik
sıralanmalar dövlətçiliyimiz tarixində görkəmli rolları
olan tarixi şəxsiyyətlərin... tanıdılması rolunu oynayır.
Azərbaycan xalqının qədim dövlətçilik ənənələrinə
malik olması şüurlara çatdırılır: “Məhəmməd Cahan
Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İs-
mayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat
və fəaliyyəti xalqın vətən sevgisi və dövlətçilik his-
sini daha da inkişaf etdirmiş... ən ümdə məqsədinə
çevirmişdir” (səh.439). Ümumiyyətlə, ulu öndərin
çıxışları, xalq nümayəndələri ilə söhbətləri zama-
nı görkəmli dövlət və incəsənət xadimləri, yazıçılar,
şairlər xatırlanır, nəticədə bu yolla – şəxsiyyətlərin
adlarının sadalanması ilə, o, insanlarda qürur his-
si yaratmağa, həmin adların şərəf və ləyaqətindən
nümunə götürməyə çağırır. Nağdəli müəllim də bunu
yaxşıca dərk etmiş, dahi rəhbərin nitqindən aldığı
tutarlı nümunələri izah etməklə maraqlı nəticələrə
gəlmişdir.
Kitabın son fəsli “Heydər Əliyev nitqində
müqayisələr” adlanır. Müqayisə metodunun nitqə ver-
diyi məntiqilik, faktın dəqiqləşdirilməsinə şərait ya-
ratdığı haqda danışan müəllif H.Əliyev cənablarının
çıxışlarına müraciət edir: “Bu 70 ilin mənfi cəhətləri
də var. Amma nailiyyətləri də var (səh.452); “Mənim
xatirimdədir, 60-cı illərdə kəndlərə gedirdik, orada
palçıqdan tikilmiş evlərə baxanda ... adamın ürəyi
ağrıyırdı. Elə Cəlilabad rayonunun özündə... İndi
Cəlilabad rayonunda bir kənd tapılmaz ki, orada pal-
çıqdan evlər olsun... (səh.459).
Əlbəttə, 500-ə yaxın səhifəsi olan kitabın bütün
məziyyətlərini bir qəzet məqaləsində əhatə etmək
mümkün deyil. Ancaq bu ötəri qeydlər də göstərir
ki, kitabın müəllifi məsələyə ciddi yanaşmış, mü-
asir dövrdə ona dilimizin dövlət dili səviyyəsində
tətbiqinin təkmilləşdirilməsinə olan ehtiyacı hiss et-
miş, xalqımızın ümummilli lideri H.Əliyevin nümunəvi
nitqinin yüksək mədəni keyfiyyətlərini üzə çıxar-
maqla çox möhtəşəm bir iş görmüşdür. Bu tədqiqat
Azərbaycan dilinin qorunması və tədqiqinə aid Dövlət
Proqramının həyata keçirildiyi və ali məktəblərimizin
bütün fakültələrində “Nitq mədəniyyəti” fənninin
tədris edilməyə başlandığı bir vaxtda mütəxəssislər,
tələbələr və bütövlükdə xalqımız üçün qiymətli nəzəri
və əməli mənbədir. Müəllifə bu qiymətli tədqiqatına
görə sonsuz minnətdarlıq edir, yeni-yeni yaradıcılıq
uğurları diləyirik.
Dostları ilə paylaş: |