prorektoru, Terapevtik və Pediatrik
propedevtika
kafedrasının
dosenti
Rəhimə Qabulova Avstriyanın Zaltsburq
şəhərində Tətbiqi klinik tədqiqat üzrə
tibbi seminarda iştirak edib. 19-26 aprel
tarixlərində keçirilən seminarda 30
ölkədən tibbin müxtəlif sahələrindən
olan 32 mütəxəssis iştirak ediblər.
Seminarda
Filadelfiya
Uşaq
xəstəxanasının (ABŞ) professoru
Dennis Dublin (kurs direktoru), dosent
Sintia Mollen, Mark Zonfrillo, dosent
Duqlas Vibe mühazirə oxumuşlar.
Seminar zamanı Dosent R.Qabulova
seminarların təşkilatçısı, Avstriya-Ameri-
ka Fondunun direktoru, klinik urologiya
üzrə professor Volfqanq Aulitski ilə də
görüşüb. Qeyd edək ki, Dr Aulitski ötən
tədris ilində ATU-nun qonağı olub, rektor
Əhliman Əmiraslanovla görüşüb. Səfər
zamanı həmçinin ATU və AAF arasın-
da qarşılıqlı əməkdaşlığa dair müqavilə
imzalanmışdı. Müqavilədə Amerika-Avs-
triya Fondu ilə Azərbaycan Tibb Univer-
sitetinin bütün sahələrdə əməkdaşlığı,
xüsusilə
də
gənc
həkimlərin,
müəllimlərin təkmilləşdirmə kurslarına
qatılması, o cümlədən Amerikanın qa-
baqcıl universitetlərinin müəllimlərinin
Azərbaycana dəvəti nəzərdə tutulub.
ATU-nun xarici əlaqələr üzrə prorekto-
ru Rəhimə Qabulovanın sözlərinə görə,
Dr. Volfqanq Aulitski ilə görüş zamanı
qarşılıqlı əməkdaşlığın gücləndirilməsi
haqqında fikir mübadiləsi aparılıb. Bu ilin
oktyabr ayında ATU-da kardiologiya üzrə
seminarın təşkil olunması, bu tədbirə
ABŞ və Avstriyadan mütəxəssislərin
dəvət olunması qərara alınıb.
Dostları ilə paylaş: |