www.vivo-book.com
207
qalmıĢdı. Ġndi isə günəĢ Ģüalarının yandırdığı çapıq yeri
əməlli-baĢlı ĢiĢmiĢdi. Bu hissə lap balaca buynuz kimi
qabarmıĢdı. Mən çapıqdan balaca bir parça qoparıb yola
atdım.
Daha bir saatlıq məsafəni də qət edəndən sonra geri
dönmək qərarına gəldim. Bu isə bütün yolu piyada geri
qayıtmaq
anlamına
gəlirdi,
amma
qayıtmalıydım.
Köynəyimi soyunub onu baĢıma sarıdım. Yolla geri
qayıdarkən bir-iki dəfə də ayaq saxlayıb – “Lidiya!” – deyə
qıĢqırdım. Cavab verən olmadı.
Bir müddət sonra, üstündən adladığım həmin darvazaya
yetiĢdim. Mənə, sadəcə, onun ətrafından dolanıb keçmək
lazım idi, amma yolumun üstündə dayanmıĢ bir Ģey məni
keçməyə qoymurdu. O, darvazanın önündə məndən
təxminən on beĢ fut aralı dayanmıĢdı. Bu, ya diĢi maral, ya
maral balası və ya bunlara bənzər baĢqa bir canlıydı.
Mən yavaĢ-yavaĢ ona tərəf getdim. O heç yerindən
qımıldanmadı da. Məni yanından keçməyə qoyaqcaqdımı?
Onun məndən qorxub çəkindiyi hiss olunmurdu. Məncə,
yəqin ki, o mənim içimdəki təĢviĢ və qorxunu hiss etmiĢdi.
|