www.vivo-book.com
215
– O doğru deyir. Onun topuğunda dərin kəsik yarası
var. Burada hər yer onun qanına bulaĢıb, özününsə heç nə
vecinə deyil, qanı saxlamaq üçün heç nə eləmir. YaxĢısı
budur ki, sən bura gələsən...
Lidiya gələndə mən divanda oturmuĢdum.
– Bax, Lidiya: ÖLÜM!
Yaradan spagettiyə bənzəyən çox balaca damarlar
bayıra sallanırdı. Mən onlardan bir neçəsini dartdım. Sonra
siqaretimi götürdüm və yaranın içinə bir az kül tökdüm.
– Mən KĠġĠYƏM! Lənət Ģeytana, mən ERKƏYƏM!
Lidiya gedib bir az hidrogen peroksid məhlulu gətirdi
və onu yaranın içinə tökdü. Əla idi. Yaradan dərhal sürətlə
ağ köpüklər çıxmağa baĢladı. Məhlul fıĢıldayaraq
köpüklənirdi. Lidiya yaraya bir az da bu məhluldan tökdü.
– YaxĢısı budur, xəstəxanaya gedəsən, – deyə Bobbi
dilləndi.
– Mənim o sikilmiĢ xəstəxanadı, nədi... ona ehtiyacım
yoxdur, – deyə cavab verdim. Öz-özünə keçib gedər....
Ertəsi gün səhər yara qorxunc görünürdü. Yaranın ağzı
hələ də bağlanmamıĢdı, amma deyəsən, onun üstü yaxĢıca
|