www.vivo-book.com
212
– Səni görməyimə necə də Ģadam, əzizim, öp məni!
– Yox. Arxamca gəl.
Lidiya məndən iyirmi fut öndə qaça-qaça getməyə
baĢladı. Onunla ayaqlaĢmaqda çətinlik çəkirdim.
– Onlardan soruĢdum ki, bu ətraflarda Ģəhərli bir oğlan
görüblərmi, – Lidiya baĢını çiyninin üstündən geri çevirərək
dedi. – Onlar da görmədiklərini söylədilər.
– Lidiya səni sevirəm!
– Tez elə, tələs görüm! Lap tısbağasan elə bil!
– Dayan, Lidiya, bir az məni gözlə!
Lidiya bir göz qırpımında tikanlı məftilli çəpərin
üstündən o biri yana adladı. Amma məndə heç nə alınmadı.
Mən məftilin tikanlarına iliĢib qaldım. Hərəkət edə
bilmirdim. Elə bil tələyə düĢən inək idim.
– LĠDĠYA!
O, baĢında qırmızı biqudiləri ilə geri qayıtdı və mənim
tikanların cəngindən qurtulmağım üçün yardım etməyə
baĢladı.
– Mən sənin izimlə gedirdim. Sənin qırmızı bloknotunu
da tapdım. Sən qəsdən yolu azmısan, çünki qəzəblənmiĢdin.
|