www.vivo-book.com
552
91
Ertəsi gün Debra iĢə gedəndən sonra vanna qəbul
etdim, sonra televizora baxmağa çalıĢdım. Otaqda bir balaca
lüt gəziĢdim və birdən baĢa düĢdüm ki, küçədən keçənlər ön
pəncərədən məni görə bilərdilər. Ona görə də, bir stəkan
qreypfrut Ģirəsi içəndən sonra əynimi geyindim. Nəhayət,
evə getməkdən baĢqa bir iĢim qalmamıĢdı. Yəqin poçtumu
gətirmiĢdilər, bəlkə də kimdənsə məktub da vardı. Bütün
qapıların bağlı olduğuna əmin olandan sonra öz
folksvagenimə tərəf addımladım, maĢına minib mühərriki
iĢə saldım və geriyə, Los-Ancelesə sürdüm.
Yolda gedərkən, birdən “Ulan”da bədii qiraətlə çıxıĢ
edərkən tanıĢ olduğum qız – Sara yadıma düĢdü. Onun
telefon nömrəsi mənim portmanemdəydi. Evə çatdım,
sıçdım və sonra ona zəng vurdum.
– Allo, – mən dedim, – danıĢan Çinaskidir, Henri
Çinaski...
– Hə, mən sizi xatırlayıram.
– ĠĢləriniz necədir? Birdən düĢündüm ki, gəlib sizinlə
görüĢə bilərəm.
|