www.vivo-book.com
560
və sevinin” – Ģəkil mənə məsləhət görürdü, plakatın altında
isə kiĢinin adı yazılmıĢdı – Drayer Baba.
Onun evinə çatandan sonra biz Ģərab ĢüĢəsini açdıq və
divanda oturduq. Onun evinin düzəni mənim çox xoĢuma
gəldi. Evindəki bütün mebeli, çarpayı da daxil olmaqla, özü
düzəltmiĢdi. Hər yerdə Drayer Babanın Ģəkilləri vardı.
Özünün Allah olduğunu iddia edən bu adam Hindistanda
doğulmuĢ və 1971 – ci ildə vəfat etmiĢdi.
Sara ilə oturub birinci ĢüĢə Ģərabımızı içdiyimiz dəmdə,
qapı açıldı və diĢləri qabağa çıxan uzun saçlı və çox uzun
saqqallı bir gənc adam içəri daxil oldu.
– Bu Rondur, mənim otaq yoldaĢım, – Sara onu mənə
təqdim edərək dedi.
– Salam Ron, Ģərab istəyirsənmi?
Ron da bizimlə Ģərab içdi. Sonra isə gombul bir qızla
baĢı daz qırxılmıĢ arıq bir oğlan içəri daxil oldular. Bu
gələnlərin adı Perl və Cek idi. Onlar da bizimlə əyləĢdilər.
Daha sonra baĢqa bir gənc oğlan gəldi. Onun adı Cin Con
idi. Cin Con da bizim yanımızda oturdu. Sonra Pet gəldi.
|