www.vivo-book.com
561
Petin qara saqqalı və uzun saçları vardı. O, döĢəmədə, düz
mənim ayaqlarımın yanında oturdu.
– Mən Ģairəm, – Pet dedi.
Mən Ģərabdan bir udum aldım.
– Yazılarını çap etdirmək üçün neyləmək lazımdır? –
deyə o məndən soruĢdu.
– Yazıları redaktorlara təqdim etmək.
– Amma mən hələ tanınmıĢ birisi deyiləm.
– Hamı bu iĢə baĢlayanda tanınmamıĢ olur.
– Mən həftədə üç gün bədii qiraətlə çıxıĢ edirəm.
Üstəlik də mən aktyoram, ona görə də yaxĢı qiraət edirəm.
Belə düĢündüm ki, öz Ģeirlərimi oxusam kifayət edər, bəlkə
də kimsə mənim qiraətimi eĢidib Ģeirlərimi çap eləmək
istəyə bilər.
– Bu mümkün deyil.
– Məsələ ondadır ki, mən qiraət edəndə, heç kəs
dinləməyə gəlmir.
– Sizə nə məsləhət görəcəyimi bilmirəm.
– Öz kitabımı özüm çap etdirmək qərarına gəlmiĢəm.
– Uitman da belə eləmiĢdi.
|