www.vivo-book.com
557
döĢəmədə. Onların hamısı iyirmi-iyirmibeĢ yaĢlarında
olardılar, hamısı bir-birinə bənzəyirdilər, əyinlərində gəzinti
üçün qısa tuman vardı və sadəcə oturmuĢdular. Ara-sıra
onlardan birisi bir ayağını o biri ayağının üstünə aĢırır, ya da
öskürürdü. Əslində, Sara kifayət qədər qəĢəng qadın idi,
qədd-qamətliydi və zalda çox çevik hərəkət edirdi. Onun
açıq kürən saçları vardı. Çox qəĢəng görünürdü.
– Ġndi sizin qayğınıza qalarıq, – o mənə dedi.
– YaxĢı, – mən dedim.
Zalda bir kitab rəfi vardı. Orada mənim də üç, ya da
dörd kitabım qoyulmuĢdu. Rəfdən Lorkanın kitablarından
birini tapıb yerimə oturdum və özümü oxuyurmuĢ kimi
göztərdim. Belə etməklə mən, heç olmasa, bu oğlanların
əynindəki gəzinti tumanlarını görmürdüm. Onlar elə
görünürdülər, elə bil həyatda heç bir pis Ģey onlara
toxunmamıĢdı – anaları onların qayğısına yaxĢı qalmıĢdı və
onları qorumuĢdu, üzlərindən də həyatdan məmnunluq
ifadəsi əskik olmurdu. Onlardan heç biri, deyəsən,
həbsxanaya düĢməmiĢdi və ya ağır əl əməyi ilə məĢğul
olmamıĢdı, ya da polis onları yol hərəkəti qaydalarını
|