www.vivo-book.com
565
– Barri, – Sara dedi, – Mən daha heç bir qonaq qəbul
eləmirəm.
Qapı yenə çırpıldı və Barri gözdən itdi. Mən artıq
gələcək problemləri görə bilirdim: guĢəniĢin birisi
olduğumdan, bu qədər çox adamların gəlib-getməsinə
səbrim çatmırdı. Qısqanclıqla bunun heç bir əlaqəsi yox idi.
Sadəcə, insanları və kütlələri, harada olmasından asılı
olmayaraq xoĢlamırdım, əlbəttə ki, bədii qiraətlə çıxıĢ
etdiyim hallar buna aid deyil. Ġnsanlar məni əskildirdilər,
mənim həyat enerjimi əmib qurudurdular.
“Ġnsanlıq, bu sənin içində elə əvvəldən olmayıb.” Bu
mənim devizim idi.
Sara ilə mən yenidən öpüĢdük. Hər ikimiz də çox
içdiyimizdən lül-qəmbər idik. Sara bir ĢüĢə də Ģərab açdı. O
Ģərabı öz içində saxlamağı yaxĢı bacarırdı. Onunla nə
haqqında söhbət etdiyimizi xatırlamıram. Saranın ən yaxĢı
cəhəti mənim yaradıcılığıma çox az istinadlar etməsi idi.
Sonra son ĢüĢəmiz də boĢaldı, mən Saraya dedim ki, maĢın
sürmək iqtidarında deyiləm və ona görə də evə gedə
bilməyəcəyəm.
|