www.vivo-book.com
566
– Oh, sən mənim çarpayımda yata bilərsən, amma
seksdən söhbət gedə bilməz.
– Niyə axı?
– Evlənmədən sekslə məĢğul olmaq olmaz.
– Olmaz deyirsən?
– Drayer Baba buna inanmır.
– Bəzən Allah da səhvə yol verə bilər.
– Heç vaxt.
– YaxĢı, sən deyən olsun, gəl yatağa girək.
Biz qaranlıqda bir də öpüĢdük. Ġstənilən halda mən
öpüĢmək dəlisiydim və Sara da həyatımda rast gəldiyim
insanlar arasında ən yaxĢı öpüĢən qadın idi. Onunla
müqayisə edilə biləcək birisini tapmaq üçün mən xəyalən
Lidiya ilə birlikdə olduğum dövrə qədər geri qayıtmalı
olacaqdım. Nə deyirsiniz deyin, amma hər bir qadını
fərqləndirən Ģeylər var. Onların hər biri fərqli, özünəməxsus
bir Ģəkildə öpüĢür. Ġndi bəlkə də Lidiya haradasa hansısa
əclafı öpür, ya da daha pisi onun Ģeyini öpürdü. Katrina
yəqin indi Ostidə yataqda yuxulayıb.
|