www.vivo-book.com
564
– Bizim aramızda heç bir münasibət yoxdur. Nə seks,
nə də baĢqa bir münasibət. O, evin arxasındakı otağı
kirayələyib.
– Aha.
Qulağıma gitara səsi gəldi. Sonra isə kimsə ucadan
mahnı oxumağa baĢladı.
– Bu Rondur, – Sara izah etdi.
O, sadəcə, böyürürdü. Elə bil donuzları çağırırdı. Onun
səsi elə pis idi ki, heç bir Ģərhə ehtiyac qalmırdı.
Ron təxminən bir saat beləcə anqıraraq oxudu. Sara ilə
mən bir az da Ģərab içdik. O bir neçə Ģam da yandırdı.
– Alın bir dənə bidinin dadına baxın.
Mən birisinin dadına baxdım. Bidi Hindistandan
gətirilmiĢ mixəyi rəngli balaca siqaretdir. Onun qəĢəng ağız
büzüĢdürən acı dadı vardı. Mən Saraya tərəf döndüm və biz
ilk dəfə öpüĢdük. O yaxĢı öpüĢürdü. AxĢamımız deyəsən
düzəlirdi.
Birdən setka qapı zərblə açıldı və otağa cavan bir oğlan
daxil oldu.
|