www.vivo-book.com
574
üçün onların dadına baxmalı, içlərinə girməliydim. Mən
beynimdə bir kiĢi obrazı yarada bilərdim. Çünki özüm də
kiĢi idim, amma qadınlara yaxĢı bələd olmadan onların bədii
obrazını yaratmaq demək olar ki, mümkün deyildi. Ona görə
də, onları, bacardığım qədər yaxĢı tədqiq edir və onların
içində insan varlıqlarını aĢkar edirdim. Bir epizod baĢa
çatana qədər yazıçılıq unudulurdu. Amma bəzən bu epizod
yazının özündən daha böyük olurdu. Mətn, sadəcə, nəyinsə
qalığına çevrilirdi. Bir kiĢinin real hisslər keçirməsi üçün
əslində ona qadın lazım deyildi. Amma bununla belə, bir
neçə qadını dərindən tanıması ona heç də ziyan etməzdi.
Məhəbbət macərasında iĢlər düz getməyəndə, o həqiqətən
yalqız qalmağın və ağlını itirməyin nə demək olduğunu baĢa
düĢəcək. Bu isə ona, nəhayət özünün sonuna çatanda, hansı
aqibətlə üzləĢməli olacağını anlamaqda yardımçı olacaq.
Mən bir çox Ģeylərə qarĢı həssasam: çarpayının
altındakı qadın ayaqqabısı; komodun üstündə unudulmuĢ saç
sancağı; onların necə nazlanaraq: “Mən iĢəməyə gedirəm...”
– deməsi; saç lentləri; günorta saat 1:30 –da onlarla bulvarda
gəziĢmək, sadəcə iki insanın qoĢa addımlaması; uzun
|