www.vivo-book.com
572
üstünə əydiyindən onun düz saçları gözlərimə girirdi. O isə
barmağını istiotlu sousa batırıb yalamağına davam edirdi.
– Qulaq as, – mən ona dedim, – Bu sousdan baĢqa
insanlar da istifadə edəcəklər. Sənə baxanda lap ürəyim
bulanır! Daha bəsdi, dayan.
– Yox, onlar hər dəfə bu qabı yenidən doldururlar.
Mən ümid etdim ki, onlar həqiqətən də bu qabı hər dəfə
yenidən doldururlar. Sonra yeməyimiz gəldi və Sara heyvan
kimi irəli əyilərək ona hücuma keçdi, elə Lidiya da belə
edərdi. Biz yeməyimizi bitirib bayıra çıxdıq və Sara öz
furqonuna minib öz sağlam qida verən restoranına, mən isə
öz folksvagenimə minib Playa del Rey istiqamətində
getməyə baĢladım. Yolu mənə müfəssəl Ģəkildə izah
etmiĢdilər. Təlimatlar bir qədər qarıĢıq olsa da, mən onlara
riayət edirdim və hərəkət edərkən, heç bir problemim
olmadı. Bu bir balaca qanqaraldıcı idi, çünki mənim
gündəlik həyatımda gərginlik və dəlilik olmayanda, elə bil
həyatda söykənəcəyin bir Ģey qalmırdı.
MaĢını Debranın həyətinə sürdüm. Pərdələrin arxasında
hərəkətlər sezdim. Deyəsən, Debra pərdənin arxasında
|