www.vivo-book.com
580
MaĢını onun evinin yanına sürdüm və sağlam qidalar
ilə dolu səbəti özümlə içəri apardım. O mətbəxdə nə iləsə
məĢğul idi. Əlimdə Ģərab və səbətlə oturdum.
– Mən gəldim, Sara!
O mətbəxdən çıxıb yanıma gəldi. Ron evdə gözə
dəymirdi. Amma Sara onun stereosunun səsini tam gücü ilə
açmıĢdı. Kasıbların məhəlləsində yaĢayırsansa, daim baĢqa
insanların hay-küyünü, eləcə də onların sikiĢərkən
çıxardıqları səsləri eĢidirsən. Ən dözülməz olansa onların
tam səslə oxuyan musiqisinə saatlarca, özü də ürəyin
bulanana qədər qulaq asmaq məcburiyyətində olmağındır.
Bu azmıĢ kimi, onlar çox vaxt pəncərələri açıq qoyurlar. Elə
bil onların həzz aldıqları bu musiqidən sənin də həzz
alacağına əmindirlər.
Saranın evində Cudi Qarlandın musiqisi çalınırdı. Cudi
Qarlanddan xoĢum gəlir, az-maz, xüsusilə də onun Nyu-
York Metdəki çıxıĢından. Amma bu dəfə, gözlənilmədən
onun at peyini haqqında bağıraraq oxuduğu sentimental
musiqinin səsi mənə çox yüksək gəldi.
– Allah xatirinə, Sara onun səsini bir az aĢağı al!
|