www.vivo-book.com
578
ədəd nar (orqanik), iki ədəd alma (orqanik) və bir qədər də
günəbaxan tumları vardı. Səbətimdəki əsas Ģey arı
cekresiyası idi və qiyməti də çox bahaydı. Sara bu haqda
mənə çox danıĢmıĢdı. Sözarası onu da qeyd etmiĢdi ki, onu
çox istəsə də, baha olduğundan ala bilmir.
MaĢını Saranın evinə tərəf sürdüm. Yanımda bir neçə
Ģərab ĢüĢəsi də vardı. Əslində, üzümü qırxarkən onlardan
birini boĢaltmıĢdım. Üzümü nadir hallarda qırxırdım. Amma
Saranın ad günündə və Veteranlar Günü axĢamı bunu
etməyə bilməzdim. O yaxĢı qadın idi. Onun heyranedici
dərrakəsi vardı və nə qədər qəribə olsa da, onun
nikahsızlığını da baĢa düĢmək olardı. Demək istədiyim odur
ki, yəni onun buna münasibətinə görə, bunu o daha yaxĢı bir
insan üçün qorumalıydı. Mən yaxĢı adam olduğumu iddia
eləmirəm. Amma mən, nəhayət ki, məĢhurlaĢandan sonra
Parisdə bir qəhvəxanada masanın arxasında onun öz əla tərzi
ilə mənim yanımda oturması heç də pis görünməzdi. O çox
cazibədar, dinc intellektual bir qadındı və bunlardan ən
yaxĢısı isə onun qızılı saçlarının arasında kürən çalarının
olmasıdır. Mənə elə gəlir ki, bir çox onilliklər ərzində...
|