www.vivo-book.com
581
O bir az səsi azaltdı. Amma elə də çox yox. Sara Ģərab
ĢüĢələrindən birisini açdı və biz masanın arxasında üzbəüz
oturduq. Mən özümü çox qəribə, əsəbi hiss edirdim.
Sara əlini səbətə uzatdı və onun içindəki arı
sekresiyasını tapdı. Bunu görəndə, çox Ģad oldu. Qabın
qapağını açdı və sekresiyanın dadına baxdı.
– Bu çox güclü Ģeydir, – o dedi. – Bu lap cövhərin
özüdür... Bir balaca dadına baxmaq istəyirsənmi?
– Yox, sağ ol.
– Özümüz üçün nahar yeməyi hazırlayıram.
– Əla. Amma səni harasa aparmaq istəyirdim.
– Mən artıq yemək biĢirməyə baĢlamıĢam.
– YaxĢı, onda qoy qalsın baĢqa vaxta.
– Amma bir az yağ almaq lazımdır. Mən özüm gedib
alaram. Bir də sabah restoran üçün bir az xiyar-pomidor
almalıyam.
– Mən alaram. Bu gün sənin ad günündür.
– Bir az arı sekresiyasının dadına baxmaq istəmədiyinə
əminsənmi?
– Yox, istəmirəm. Sağ ol, hər Ģey qaydasındadır.
|