www.vivo-book.com
582
– Bu balaca bankanı doldurmaq üçün neçə dənə arı
lazım olduğunu təsəvvür edə bilməzsən.
– Ad günün mübarək. Mən gedib yağ və o biri Ģeyləri
alaram.
Bir qədəh də Ģərab içindən sonra, folksvagenimə minib
yaxınlıqdakı balaca ərzaq mağazasına sürdüm. Mən yağ
tapdım, amma xiyar və pomidorlar köhnə, büzüĢmüĢ
görünürdülər. Yağın pulunu ödədim və maĢına minərək
baĢqa, daha böyük ərzaq dükanı axtarmağa getdim. Bir
mağaza tapıb orada xiyar və pomidor aldım, Sonra maĢına
minib Saranın evinə sürdüm. Evə yaxınlaĢdıqca, mən yenə
bu səs-küyü eĢitməyə baĢladım. O, stereonun səsini yenə
sonuna
qədər
açmıĢdı. Cığırla addımlayaraq evə
yaxınlaĢanda, ürəyim bulanmağa baĢladı; sinirlərim qırılmaq
həddinə qədər gərildi və sonra partladı. Əlimdə təkcə yağ
bankası ilə evə daxil oldum; xiyar-pomidorları maĢında
qoymuĢdum. Stereoda nə oxutduğunu bilmirəm; səs elə
yüksək idi ki, bir səsi o birisindən ayıra bilmirdim.
Sara mətbəxdən çıxdı.
|