www.vivo-book.com
585
yanımdaydı. DiĢ fırçası ilə diĢ pastasını da götürməyi
unutmamıĢdım. ġeir oxuyacağına görə sənə pul ödəmələri
üçün harasa getmək mənə çox gülməli gəlirdi. Bu mənim
heç xoĢuma gəlmirdi. Və bunun necə axmaq bir iĢ olması
fikrini baĢımdan heç cür çıxara bilmirdim. Əlli yaĢına qədər
mənasız və aĢağı iĢlərdə qatır kimi iĢləyəsən və sonra birdən
əlində içki qədəhi tutmuĢ bir mozalan kimi uçaraq bütün
ölkəni ayaqdan salasan.
MakintoĢ məni Sietldə gözləyirdi. Biz onun maĢınına
mindik. Səfərimiz əla alındı. Səbəbi sadə idi. Heç birimiz
yol boyu boĢboğazlıq etmədik. Bədii qiraət gecəsi özəl Ģəxs
tərəfindən maliyyələĢdirilirdi və mən universitetlərin
sponsorluq etdiyi qiraət gecələrindənsə, buna üstünlük
verirdim. Universitetlə elə bil nədənsə qorxurdular; baĢqa
Ģeylərlə yanaĢı, onlar aĢağı təbəqələrdən olan Ģairlərdən
qorxurdular, digər tərəfdən isə belə Ģairlərə məhəl
qoymamaq üçün onlar həddən artıq hər Ģeylə
maraqlanırdılar.
Sərhəddə çox gözləməli olduq. Yüzlərlə maĢın
yığılmıĢdı. Sərhədçilər isə, deyəsən, heç tələsmək fikrində
|