www.vivo-book.com
587
biletlərin qiymətini bir az qaldırmıĢ olsaydı, yaxĢı pul tuta
bilərdi.
– Silver kimdir?
– Mayron Silver. Direktorlardan biri.
Söhbətin maraqsız hissəsinə girmiĢdik.
– Səni Ģəhərdə gəzdirə bilərəm, – MakintoĢ mənə təklif
etdi.
– Problem deyil. Özüm də gəzib dolaĢa bilərəm.
– Nahar haqqında nə düĢünürsən? Pulunu müəssisə
ödəyir.
– Sadəcə, buterbrod. Elə də ac deyiləm.
Belə düĢünürdüm ki, əgər onu burdan bayıra çıxara
bilsəm, yeməyi bitirəndən sonra onu tərk edə bilərəm. Ona
görə yox ki, o pis adam idi, sadəcə, insanlar məni
maraqlandırmırdı.
Üç-dörd məhəllə aralıda bir yer tapdıq. Vankuver çox
təmiz bir Ģəhər idi və buranın insanlarının çöhrəsindən
böyük Ģəhərlərin sakinlərinə xas olan zəhrimar yağmırdı.
Restoranı bəyəndim. Lakin menyuya baxanda buradakı
qiymətlərin Los-Ancelesin mənim yaĢadığım rayonu ilə
|