www.vivo-book.com
595
planlaĢdırırdı. Bacarıqlı bir iĢçi tapmağın çox çətin,
insanlarınsa çox qabiliyyətsiz olduğunu deyirdi.
– Düz deyirsən, –onunla razılaĢdım.
– Saradan bir xəbər varmı?
– Ona zəng vurmuĢdum. Aramızda balaca bir mübahisə
oldu. Amma birtəhər könlünü aldım.
– Kanadadan qayıdandan sonra onunla görüĢmüsənmi?
– Yox.
– ġükran Günü üçün 25 funtluq bir hind toyuğu sifariĢ
eləmiĢəm. Onu doğraya bilərsənmi?
– Əlbəttə.
– Lütfən, bu gün çox içmə. Çox içəndə nə hala
düĢdüyünü özün yaxĢı bilirsən. Lap islaq əriĢtəyə dönürsən.
– YaxĢı.
Debra əlini uzadıb mənim əlimə toxundu.
– Mənim sevimli qartımıĢ islaq əriĢtəm!
ġam yeməyindən sonra, özümlə yalnız bir ĢüĢə Ģərab
götürdüm. Biz Debranın divanında oturub onun böyük
ekranlı televizoruna baxa-baxa asta-asta Ģərab içirdik.
Birinci proqram heç nəyə yaramırdı. Ġkincisi isə babat idi.
|