www.vivo-book.com
591
– Elə indicə ya məni özünüzlə aparırsınız, ya da mən
gedirəm.
– YaxĢı, – mən razılaĢdım, – gəl gedək.
Axtarıb MakintoĢu tapdım. Deyəsən, o heç bir iĢlə
məĢğul deyildi. Bəlkə də, ziyafətlərdən xoĢlanmırdı.
– Hə, dostum Mak, bizi mehmanxanaya apar.
Məclisə əlavə pivə ĢüĢələri gətirildi. Qara saçlı qız
mənə adının Ayris Düart olduğunu söylədi. Bir tərəfi
hindistanlı olan Ayris oriental rəqqasə kimi iĢləyirdi. O,
ayağa qalxıb qarnını oynatdı. Çox cazibədar görünürdü.
– Tam effekt yaratmaq üçün gərək əyninə rəqs paltarı
geyinəsən, – qız dedi.
– Yox, mənə lazım deyil.
– Bilirsənmi, demək istədim ki, rəqs zamanı yaxĢı
görünmək üçün mən bu paltarı geyinməliyəm.
O doğrudan da hindistanlıya bənzəyirdi. Onun hindli
burnu və ağzı vardı. YaĢı təxminən 23 olardı, tünd qonur
gözləri vardı, çox sakit danıĢırdı və qaməti möhtəĢəmdi.
Mənim üç-dörd kitabımı oxumuĢdu. Əlaydı.
|