www.vivo-book.com
589
tamaĢaçılarımdılar. MakintoĢ, Silver, mən və baĢqa bir neçə
nəfər səhnə arxasında dayanıb bala-bala gillədirdik.
– Siz bizim son vaxtlar bura gətirməyə müvəffəq
olduğumuz yeganə kiĢi Ģairsiniz, – Selver dedi.
– Anlamadım, bununla nə demək istəyirsiniz?
– Demək istədiyim odur ki, burada həmiĢə mavilərin
uzun növbəsi olub. Bu dəyiĢiklik lap yerinə düĢdü.
– Sağ olun.
Mən onlar üçün doğrudan da qiraət etdim. Qiraətin
sonunda özüm də hallanmıĢdım, sərxoĢ idim, onlar da. Biz
bir-birimizlə didiĢdik, bir balaca bir-birimizə çımxırdıq,
amma, ümumiyyətlə, hər Ģey qaydasında getdi. Qiraətə
baĢlamazdan əvvəl mənə çeki vermiĢdilər və bu da mənim
qiraət yüksək səviyyədə yerinə yetirməyimə müəyyən
dərəcədə yaxĢı təsir etmiĢdi.
Qiraətdən sonra böyük bir evdə ziyafət təĢkil edilmiĢdi.
Çox keçmədi ki, özümü ziyafətdəki iki qadının arasında
gördüm. Onlardan biri sarıĢın idi. Onu elə bil fil diĢindən
yonub hazırlamıĢdılar: gözəl gözləri və cazibədar bədəni
vardı. Həmin qadın məclisə öz sevgilisi ilə gəlmiĢdi.
|