www.vivo-book.com
597
Bu məni çox narahat edirdi. Yerimdən qalxdım və otaqlarda
gəziĢdim. Vanna qəbul elədim. Heç nə kömək eləmirdi.
Bəlkə Ayris fikrini dəyiĢərdi, bəlkə onun təyyarəsi qəzaya
uğrayardı. Onda ġükran Günü səhər zəng vurub Debraya
gələcəyimi deyə bilərdim.
Mən evdə gəziĢirdim və getdikcə özümü daha da pis
hiss edirdim. Bəlkə də yalnız evimə getmədiyimə görə. Bu
elə bil mənim çəkdiyim iztirabları bir qədər də uzadırdı.
Mən nə poxidim? Nəyi də bacarmasan, murdar və qeyri-real
oyunlar oynamağı yaxĢı bacarırdım. Mənim məqsədim nə
idi? Bəlkə mən nəyinsə əvəzini çıxmağa çalıĢırdım? Mən
hələ də bunun sadəcə tədqiqat – qadınları öyrətmək üçün bir
üsul olduğuna özümü inandırmağa davam edə bilərdimmi?
Heç nə haqqında düĢünmədən, sadəcə onların baĢ verməsini
laqeydliklə kənardan müĢahidə edirdim. Öz xudbin və ucuz
zövqlərimdən baĢqa heç nə məni düĢündürmürdü. Mən
ərköyün böyüdülmüĢ yuxarı sinif Ģagirdinə bənzəyirdim.
Mən fahiĢədən də pis idim; fahiĢə səndən yalnız pullarını
alırdı, baĢqa heç nə. Mən isə həyatlar və ruhlar ilə təcrübələr
aparırdım. Elə bil onlar mənim oyuncaqlarımdılar. Mən
|