www.vivo-book.com
600
– Bir dəqiqə gözlə müĢtəri var. Xəttə gözləyə
bilərsənmi?
– Problem deyil...
Telefonun dəstəyini qulağıma sıxaraq oturmuĢdum.
Hələ də çılpaq idim. BaĢımı aĢağı salıb öz penisimə nəzər
saldım: səni murdar əclaf! Öz doymaq bilməyən kütbeyin
hərisliyinlə mənə nə qədər ürək ağrısı verdiyini heç
bilirsənmi?
Telefonun dəstəyini qulağıma sıxaraq orada təxminən
beĢ dəqiqə oturdum. Bu, Ģəhərlərarası telefon əlaqəsi idi. Ən
azından bu danıĢıq üçün hesabı Debra ödəməli olacaqdı.
– Hə, mən gəldim, – Sara dedi. – Davam elə.
– Hə, Vankuverdə olanda, həmin oriental rəqqasəyə
dedim ki, istədiyi vaxt Los-Ancelesə gəlib mənimlə görüĢə
bilər.
– Nə olsun ki?
– Hmm, sənə dedim axı, artıq Debraya ġükran Gününü
onunla keçirəcəyimə söz vermiĢəm...
– Sən mənə də söz vermisən.
– Ciddi deyirsən?
|