www.vivo-book.com
596
Bu, seksual pozğun ilə inkiĢafdan geri qalmıĢ bir kəndli
oğlan haqqında proqram idi. Bir dəli həkim bu pozğunun
baĢını kəndli oğlanın bədəninə köçürmüĢdü. Oğlanın bədəni
isə iki baĢlı formada qaçıb aradan çıxmıĢdı. Ġndi o kəndin
ətrafında gəzərək müxtəlif qorxunc əməllər törədirdi. Bu
proqram mənim ovqatımı bir qədər yaxĢılaĢdırdı.
Bir ĢüĢə Ģərabdan və iki baĢlı kəndli oğlan haqqındakı
proqramdan sonra Debranı mindim və bu dəfə, baĢqa
vaxtlardan fərqli olaraq, bəxtim bir qədər gətirdi. Yükümü
onun içinə boĢaltmazdan əvvəl, onu uzun müddət yaxĢıca
dördnala çapdım. Çapmağım zamanısa çoxlu gözlənilməz
variasiyalardan və təxəyyülümün yaradıcılığından bolluca
istifadə etdim.
Ertəsi gün Debra məndən qalmağımı və onun iĢdən
qayıtmasını gözləməyimi xahiĢ etdi. Mənə söz verdi ki, əla
nahar hazırlayacaq.
– YaxĢı, – deyərək razılaĢdım.
O gedəndən sonra, bir az yuxulamağa çalıĢdım, amma
yata bilmədim. ġükran Günü haqqında düĢünürdüm –
düĢünürdüm ki, onunla ola bilməyəcəyimi ona necə deyim.
|