www.vivo-book.com
604
yumor hissimi də itirmiĢdim. Onların hamısını geri
qaytarmaq, onlara yenidən sahib olmaq istəyirdim. Hər
Ģeyin asanlıqla əmələ gəlməsini arzulayırdım. Amma
nədənsə, onların geri qayıtmayacağını bilirdim. Ən azından
dərhal qayıtmayacaqdılar. Özünü günahkar və müdafiəsiz
hiss etməyə məhkum olunmuĢdum.
Özümü günahkarlıq hissinin bir növ xəstəlik olmasına
və yalnız günahsız insanların həyatda irəliləyiĢlərə nail
olmalarına inandırmağa çalıĢırdım. Yalan danıĢan,
baĢqalarını aldada bilən insanlar, hədəfə çatmanın bütün ən
qısa yollarını bilən insanlardır. Kortez. O, qabağına keçəni
sikmirdi. Eləcə də Vins Lombardi. Bu haqda nə qədər
düĢünsəm də bir fərqi olmadı. Əksinə özümü əvvəlki kimi,
pis hiss edirdim. Qərara gəldim ki, buna son vermək
lazımdır. Özümü hazır hiss edirdim. Tövbə köĢkü. Yenə
Katolikliyə qayıdacaqdım. Buna baĢlamaq, bitirmək və
sonra da bağıĢlanmağı gözləmək. Qədəhimdəki Ģərabı
bitirdim və telefonun dəstəyini qaldırıb Denranın ofisinin
nömrəsini yığdım.
Telefona Tessi cavab verdi.
|