www.vivo-book.com
607
Nəticə eyni alınırdı. Mən çox az, kiçicik Ģöhrət qazanmıĢ
əyyaĢ və murdar bir əclaf idim.
Təhlillərim yanıb alıĢan yaralarıma məlhəm olmadı.
Telefon zəng çaldı. Sara idi.
– Sən zəng edəcəyini demiĢdin. Nə oldu?
– Onu iĢ yerində tapa bilmədim.
– ĠĢdə deyildi?
– Məhkəməyə getmiĢdi.
– Bəs onda nə eləmək fikrindəsən?
– Gözləyəcəm. O gələndə isə hər Ģeyi açıb danıĢacam.
– Düzgün düĢünürsən.
– Səni bu poxlu iĢlərə gərək qatmayaydım.
– Problem deyil.
– Səninlə yenə görüĢmək istəyirəm.
– Nə vaxt? Oriental rəqqasə ilə görüĢəndən sonra?
– Hmm, hə.
– Çox sağ ol, amma lazım deyil.
– Sənə zəng vuracam...
– YaxĢı, danıĢdıq. Əskilərini yuyub sənin üçün hazır
saxlayacam.
|