www.vivo-book.com
606
qədəh də Ģərab içdim. Havanı təmizləməyə artıq tam hazır
idim. Digər Ģeylər qoy elə havadan asılı qalsın. Ġndi mən,
sadəcə, oturub gözləməliydim. Getdikcə özümü daha da pis
hiss etməyə baĢlamıĢdım. Depressiya, intihar – bunlar
düzgün olmayan dietanın nəticəsində baĢ verirdi. Lakin mən
yaxĢı yeyirdim. KeçmiĢ günləri xatırladım, o vaxtlar mən
gün ərzində bircə Ģokolad batonu ilə kifayətlənir və aylıq
“Atlantik” və “Harperz” jurnallarına əl ilə yazılmıĢ
hekayələrimi göndərirdim. Bütün günü yalnız yemək
haqqında düĢünürdüm. Bədən qida qəbul etmədikdə, ağıl da
ac qalırdı. Amma son vaxtlar əla qidalanırdım və dəyiĢiklik
üçün, əla Ģərablar içirdim. Bu isə o anlama gəlirdi ki, mənim
düĢündüklərim böyük ehtimalla həqiqətdir. Hamı özünü
xüsusi, imtiyazlı və müstəsna təsəvvür edirdi. Hətta özünün
ön artırmasında ətirĢah gülünü sulayan iyrənc qoca qarğalar
da. Mən özümü ona görə xüsusi birisi hesab edirdim, çünki
əlli yaĢından sonra zavod dəzgahının arxasından çıxaraq Ģair
olmuĢdum. Yekə qozdaq. Ona görə də, bir vaxtlar çarəsiz
qalanda rəhbərlərimin və müncerlərimin mənim üstünə
iĢədikləri kimi, indi mən də baĢqalarının üstünə iĢəyirdim.
|