www.vivo-book.com
608
Mən Ģərabdan udumlar ala-ala gözləyirdim. 3 saat, 4
saat, 5 saat. Nəhayət, çılpaq olduğumu xatırladım və
paltarlarımı geyindim. Debranın maĢını evin önündə
dayananda, əlimdə Ģərabla dolu qədəhlə oturmuĢdum.
Gözləyirdim. O, qapını açdı. Əlində ərzaq torbası vardı. Çox
cazibədar görünürdü.
– Salam, – o dedi, – mənim kemiĢ islaq əriĢtəciyəzim
necədir?
Ona yaxınlaĢdım və qollarımı onun belinə doladım.
Birdən titrəməyə və ağlamağa baĢladım.
– Henk, sənə nə olub?
Debra əlindəki ərzaq torbasını döĢəməyə qoydu. Bizim
Ģam yeməyimizdir. Onu qucaqlayıb özümə sıxdım. Mən
hıçqıra-hıçqıra ağlayırdım. Gözümdən yaĢlar Ģərab kimi
süzülürdü. Özümü heç cür ələ ala bilmirdim. Əsas hissəm
səmimi idi. Qalan hissəmsə burdan baĢ götürüb qaçmaq
istəyirdi.
– Henk, nə baĢ verib?
– ġükran Gününü səninlə birlikdə keçirə bilməyəcəm.
– Niyə? Niyə? Bir de görüm nə olub axı?
|