www.vivo-book.com
611
əhəmiyyəti yoxdur, onların hansı qərarı verməsindən asılı
olmayaraq, sonunda biz yalqız qalır və ağlımızı itiririk.
Ayrislə özüm üçün 18 funtluq bir hind toyuğu
almıĢdım. Onu çanağın içinə qoymuĢdum ki, buzu ərisin.
ġükran Günü. Bu bayram sübut edirdi ki, bütün
müharibələrə, inflyasiyaya, iĢsizliyə, qatı tüstüyə, dumana,
ağıllı və ya ağılsız prezidentlərə rəğmən, sən daha bir ili sağ
qalmısan. Bu bayram nəhəng ailə klanlarının əsəbi toplantısı
idi: səs-küylü əyyaĢların, nənələrin, bacıların, xalaların,
qıĢqır-bağır salan uĢaqların və potensial intiharçıların. Hə,
bir
də,
mədə
pozulmalarını unutmayın. Mən də
baĢqalarından heç nə ilə seçilmirdim: mənim də
mətbəximdəki çanaqda ölü, yonulmuĢ, içalatı tamamilə
çıxarılmıĢ 18 funtluq bir quĢ vardı. Ayris onu mənim üçün
qızardacaqdı.
Həmin gün poçt ilə bir məktub almıĢdım. Məktubu
cibimdən çıxarıb yenidən oxumağa baĢladım. Onu Berklidən
göndərmiĢdilər:
Hörmətli cənab Çinaski,
|