www.vivo-book.com
619
– Mən bu rəqsi lazım olduğu kimi ifa eləmədim, –
Ayris dedi. – Bunun üçün xüsusi bir kostyuma və musiqiyə
ehtiyac vardı.
– Amma mənim çox xoĢuma gəldi.
– Mən içində lazım olan musiqi yazılmıĢ bir kaset
gətirmək istəyirdim, amma sənin evində maqnitofon
olmadığını bilirdim.
– Haqlısan. Yenə də çox əla idi.
Ayrisi nəvaziĢlə öpdüm.
– Niyə gəlib Los-Ancelesdə yaĢamırsan? – deyə ondan
soruĢdum.
– Mənim bütün köklərim Ģimal-qərbə aiddir. Oradakı
həyatımdan məmnunam. Valideynlərim, dostlarım, hamısı
oradadır, baĢa düĢmürsənmi?
– BaĢa düĢürəm.
– Bəs sən niyə Vankuverə köçmürsən? Sən öz
əsərlərini Vankuverdə də yaza bilərdin.
– Bəlkə də bilərdim. Mən öz əsərlərimi aysberqin
üstündə də yaza bilərəm.
– Bəlkə bir sınayasan?
|