www.vivo-book.com
618
qızlardan deyildi. Ona görə də, çox müəmmalı görünürdü.
O, sözün əsl mənasında qadın idi. Amma öz qadınlığını
birbaĢa sənin üzünə çırpmırdı. Amerikalı qadınlar çox qızğın
Ģəkildə sövdələĢirdilər və sonunda da baĢları bunun ağrısını
çəkirdi. Ġndi təbii amerikalı qadınlara az sayda yalnız Texas
və Luizianada rast gələcək olurdu.
Ayris mənə baxaraq gülümsədi. O hər ovcunda nəsə
tutmuĢdu. Sonra əllərini baĢının üzərinə qaldırdı və onları
Ģaqqıldatmağa və ardınca rəqs etməyə baĢladı. Ya da,
sadəcə, bədənini titrətməyə. Elə bil onu elektrik cərəyanı
çarpmıĢdı. Ruhunun mərkəzi isə qarın hissəsi idi. Çox gözəl
və təbii alınırdı. Üstəlik onda yüngül yumor da hiss
olunurdu. Bütün rəqsin, bu zaman o bir an olsun belə
gözlərini məndən çəkmirdi, öz xüsusi mənası, insanı öz
cazibəsinə salan, öz –özlüyündə çox qiymətli olan bir sehr
vardı.
Ayris rəqsi bitirdi, mən əl çaldım və sonra ona bir
qədər içki süzdüm.
|