www.vivo-book.com
626
cərrahı xəstənin əlində olan bütün pullarını ala bilər. Amma
diĢ cərrahları heç olmasa adamın diĢlərinə nəsə edirlər.
Bütün bunlara baxmayaraq, mən hələ də yazıram və
belə görünür ki, öz mənzil kirayəmi hələlik ödəmək
iqtidarındayam. Sənin yazdığın məktublar mənə çox maraqlı
gəlir. Sənin o trusiksiz Ģəklini bəs kim çəkib? ġübhə
etmirəm ki, həmin Ģəxs sənin yaxın dostundur. Reks?
Görürsənmi, mən artıq qısqanmağa baĢlayıram! Bu yaxĢı
əlamətdir, düz demirəmmi? Gəl bunu hələlik, sadəcə, maraq
adlandıraq. Ya da rəğbət.
Tez-tez öz poçt qutuma baxacağam. BaĢqa fotoĢəkillər
də olacaqmı?
Sənin, hə, hə,
Henri.
Qapı açıldı və kandarda Ayris göründü. Mən vərəqi
yazı makinasından çıxardım və onun üzünü aĢağı çevirərək
masanın ütünə qoydum.
– Oh, Henri! Mən fahiĢə tuflilərini aldım!
– Əla! Əla!
|