www.vivo-book.com
625
Əzizim, Tanya.
Sənin məktublarını və fotoĢəkilini aldım. ġükran
Günündən sonra öz evimdə tək-tənha oturmuĢam. Dünən
çox içdiyimdən, bu gün baĢım çatlayır. FotoĢəkilini çox
bəyəndim. Yenə Ģəkillərin varmı?
Sən heç Selinin yazdıqlarını oxumusanmı? “Gecənin
Sonuna Səyahət” kitabını nəzərdə tuturdum. Bu kitabdan
sonra, o ağlını itirdi və axmağın biri oldu – öz redaktorları
oxucuları haqqında durmadan Ģikayətlənməyə baĢladı.
Adamın ona həqiqətən yazığı gəlir. Ağlını tamamilə itirdi.
Məncə, o əla həkim idi, bəlkə də deyildi. Bəlkə də onun
ürəyi bu iĢə yatmırdı. Bəlkə də öz pasientlərini öldürməklə
məĢğuldu. Bax bundan əla bir roman alınardı. Əksər
həkimlər bunu edirlər. Onlar sənə bir dənə həb verib yenidən
küçəyə yollayırlar. Onlar öz təhsillərini sərf etdikləri pulu
nədənsə çıxarmalıdırlar. Ona görə də öz qəbul otaqlarını
xəstələrlə doldurur və onları bir-bir qəbul edib göndərirlər.
Onlar adamı tərəzidə çəkir, qan təzyiqini yoxlayır, sonra da
bir həb verib küçəyə yollayırlar. Amma bütün bunlardan
sonra xəstə özünü daha da pis hiss etməyə baĢlayır. DiĢ
|