www.vivo-book.com
633
dolu olan bir baxça kimi. Onlardan hansının yeməli,
hansınınsa boĢ buraxılmalı olduğunu necə seçməyin
yollarını bilmək lazımdır.
Mənim Ayris ilə yaĢadığım təcrübə valehedici və
məmnunedici olmuĢdu. Baxmayaraq ki, nə mən ona aĢıq
idim, nə də o mənə. Bir insanın qayğısına qalmaq onun
qayğısına qalmamaqdan daha asandır. Mən insanların
qayğısına qalırdım. Biz maĢın duracağının yuxarı
rampasında folksvagenin içində oturmuĢduq. Bizim hələ bir
az boĢ vaxtımız vardı. Radionu qoĢdum. Brams.
– Səni bir də görə biləcəyəmmi? – deyə ondan
soruĢdum.
– Məncə, yox.
– Barda nəsə içmək istiyirsənmi?
– Sən məni lap əyyaĢ eləmisən, Henk. Elə zəifləmiĢəm,
güclə yeriyirəm.
– Bunun səbəbi yalnız spirtli içkidirmi?
– Yox.
– Onda gedək içməyə.
|