www.vivo-book.com
631
hamısı da insest haqqında. Onun ac qalmasında təəccüblü
heç nə yox idi. Mənim də problemim vardı: öz sikimə, yazı
makinamın tanrısına verdiyim kimi, istirahət verə bilmirdim.
Bunun səbəbi qadınların sənin yanına sürü ilə gəlmələrində
idi. Və ona görə də, baĢqa birisinin tanrısı iĢə qarıĢana
qədər, onlardan, mümkün olduqca, daha çox istifadə
etməliydin. Məncə, on il ərzində öz yazılarıma ara
verməyim həyatımda baĢıma gələn ən xoĢbəxt hadisələrdən
bir idi (DüĢünürəm ki, bəzi tənqidçilər isə bunun oxucuların
həyatımda onların baĢıma gələn ən xoĢbəxt hadisə olduğunu
da iddia edə bilərdilər). Hər iki tərəf üçün on illik bir
istirahət. Görəsən içkini on il müddətinə atsaydım, nə baĢ
verərdi?
Ayris Düartı yenidən təyyarəyə mindirməyin vaxtı
gəlib çatdı. Bu, səhər reysi olduğundan, mənim üçün bir az
çətinlik yaradırdı. Mən yuxudan günortalar ayılmağa adət
etmiĢdim: bu, içki xumarlığına qarĢı yaxĢı əlac idi və mənim
ömrümə beĢ il də əlavə edə bilərdi. Onu Los-Anceles
Beynəlxalq Hava Limanına apararkən içimdə qətiyyən kədər
hiss etmirdim. Seks əla idi; bir az da gülüb əylənmiĢdik.
|