www.vivo-book.com
627
– Ġndi onları sənin üçün geyinəyəcəyəm! Onları
bəyənəcəyindən əminəm!
– Əzizim, tez geyin!
Ayris yataq otağına keçdi. Tanyaya yazdığım məktubu
götürüb baĢqa vərəqlərin arasına soxdum.
Ayris geri qayıtdı. Ayaqqabıların rəngi al qırmızı idi və
çox hündür dabanları vardı. O, bütün zamanların ən
möhtəĢəm fahiĢələrindən birisi kimi görünürdü. Tuflilərin
arxa hissəsi yox idi və onun ayaqları Ģəffaf materialın
altından görünürdü. Ayris otaqda var-gəl elədi. Onun çox
təhrikedici bədəni və, əlbəttə ki, götü vardı. Üstəlik həmin
ayaqqabılarla otaqda ora-bura gəziĢməklə, Ayris bu təhrikin
dozasını göylərə qaldırırdı. Bu mənzərə insanın ağlını
baĢından ala bilərdi. Ayris birdən ayaq saxladı və baĢını
döndərib çiyninin üstündən mənə baxaraq gülümsədi.
Amma nə möhtəĢəm sürtükdü bu! Onun bədənində mənim
indiyə qədər gördüyümdən daha çox omba, daha çox göt və
daha çox baldır vardı. Cəld sıçrayaraq yerimdən qalxdım və
özümüz üçün iki qədəh içki süzdüm. Ayris də gəlib oturdu
və bir ayağını o birisinin üstünə aĢıraraq onu yuxarı dartdı.
|