www.vivo-book.com
635
burdan gedərəm: çox rahat, çox asanlıqla, heç bir ağrı hiss
etmədən.
– YaxĢı! – mən dedim.
Hər Ģey onun dediyi kimi alındı.
Geri qayıdarkən: Sençuri Bulvarla Ģərqə, sonra üzü
aĢağı KrenĢouya qədər, 8-ci Avenyu ilə üzü yuxarı, sonra
Arliqtondan Uiltona. Yolda öz camaĢırlarımı götürmək
qərarına gəldim, ona görə də sükanı sağa fırladaraq Beverli
Bulvara döndüm, maĢını “Silverette” camaĢırxanasının
arxasındakı dayanacağın içinə sürdüm və orada saxladım.
MaĢını dayanacaqda elə yenicə saxlamıĢdım ki, yanımdan
qırmızı don geyinmiĢ qaradərili bir qız keçdi. Onun sağrıları
valehedici bir tərzdə yırğalanırdı, bu gördüyüm ən ecazkar
hərəkət idi. Sonra aralıdakı bir bina mənim görmə sahəmin
qarĢısını kəsdi. Bax bu qızın hərəkət etməsinə varam: elə bil
həyat ancaq bir neçə qadına belə elastik hərəkət qabiliyyətini
bəxĢ etmiĢ, qalanlarını isə yaddan çıxarmıĢdı. Bax bu qızın
hərəkətlərində mənim dediyim vəsfəgəlməz incəlik vardı.
Mən küçənin səkisinə çıxıb ona arxadan da tamaĢa
elədim. Onun geriyə çevrilib baxdığını da görə bildim.
|